Sabirabadda narkotacir saxlanılıb

Sabirabadda narkotik vasitələrin satışı ilə məşğul olan daha bir
nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mühafizə
İdarəsinin Sabirabad Rayon Regional Mühafizə Şöbəsinin və Sabirabad
Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat
tədbirləri zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul
olan əvvəllər məhkum olunmuş Ramil Alışov saxlanılıb. Onun rayonun
Qaratəpə kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı
külli miqdarda narkotik vasitə heroin və elektron tərəzilər aşkar
olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq Şöbəsində
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,
araşdırmalar davam etdirilir.

Teqlər: