Sabirabadda minik avtomobili qaz xəttinə çırpılıb

Sabirabad rayonunun Şəhriyar kəndində “Nissan” markalı minik avtomobili yol kənarında qaz xəttinə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nəticədə minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: