Sabirabadda keçmiş məhkum silahla yaxalandı

Xəbər - Samir Əli – Trend:

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq silah gəzdirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Məhəmməd Vahidov Qaratuğay kəndin ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. M. Vahidovdan üzərində gəzdirdiyi müvafiq qeydiyyatı olmayan 1 ədəd tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.


Teqlər: