Sabirabadda kanala düşən avtomobildən kişi meyiti tapılıb

Sabirabadda kanala düşən avtomobildən kişi meyiti tapılıb

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, avqusun 11-i saat 10 radələrində Sabirabad rayonu ərazisində su kanalında Mirzəyev Elman Nizami oğlunun avtomobildə meyitinin aşkar edilməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

Teqlər: