Sabirabadda ər arvadını bıçaqladı

Sabirabadda ər arvadını bıçaqladı

Sabirabadda gənc qadın bıçaqlanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Qalağayın kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1997-ci il təvəllüdlü Təhminə Fuad qızı İsayeva ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qadına xəsarət yetirməkdə şübhəli bilinən əri saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: