Sabirabadda avtomobillər toqquşdu: ölən var

Sabirabadda avtomobillər toqquşdu: ölən var

Sabirabadda bir nəfərin ölümcül yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Minbaşı-Qarağac kəndi istiqamətində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106 markalı avtomobil “Hunday” markalı avtomobillə toqquşub. Qəza nəticəsində rayonun Azadkənd kənd sakini 1998-ci il təvəllüdlü Nəbi Bəxtiyar oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həkimlərin səyinə baxmayaraq, N.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb

Faktla bağlı araşdırma aparılır.

Teqlər: