Sabir Rüstəmxanlı türkiyəli qonaqlarla görüşdü

Sabir Rüstəmxanlı türkiyəli qonaqlarla görüşdü

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, millət vəkili Sabir Rüstəmxanlı Kocaeli Milli Kuruluşlar Birliyi Başkanı Yücel Alpay Dəmir və Düşüncə Qrupu Başkanı Süleyman Pekin Səlcuqlu ilə görüş keçirib.

AzerTimes xəbər verir ki, görüşdə Türk Dünyasının problemləri, Türk birliyi üçün görülən işlər, ortaq dil, əlifba məsələləri müzakirə olunub. Bu işdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Görüş zamanı DAK sədri Qarabağda Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş suveren haqlarının bərpa prosesi haqda qonaqları məlumatlandırıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə DAK İdarə Heyəti üzvləri, Babək Muğanlı,Əli Hacı və Samir Adıgözəlli də iştirak edib.

Teqlər: