“Qarabağ” “Sumqayıt”ı darmadağın etdi

“Qarabağ” “Sumqayıt”ı darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

AzerTimes-ın məlumatına görə, açılış oyununda “Qarabağ” “Sumqayıt”ı qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib.

Xallarının sayını 16-ya çatdıran “köhlən atlar” lider “Zirə”yə çatıb. “Gənclik şəhəri” təmsilçisi hələlik 8 xalla 7-ci sıradadır.

Qeyd edək ki, turun digər matçları 30 sentyabr və 1 oktyabrda keçiriləcək.

Teqlər: