Sabiq xanım başçının fəaliyyət dövrü araşdırılır

Sabiq xanım başçının fəaliyyət dövrü araşdırılır

Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədova ilə bağlı edilən şikayət əsasında onun ifadəsi alınıb.

AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, sabiq xanım başçının quruma rəhbərlik etdiyi dövrdə əməkdaşları tərəfindən sahibkarlardan qanunsuz tələblər edilib. Sahibkarlar üzləşdikləri problemlərə görə, İradə Gülməmmədovanı günahlandırıblar.

Bununla bağlı sabiq başçıdan hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub. Hazırda şikayətlər əsasında hüquq-mühafizə orqanları tərəfindən İradə Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövr araşdırılır.

Qeyd edək ki, İradə Gülməmmədova 2006-2014-cü illərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014-2015-ci illərdə birinci müavini, 2015-2022-ci illərdə icra başçısı vəzifəsini tutub. O, 19 yanvar 2022-ci ildə vəzifəsindən azad olunub.

Teqlər: