Sabiq nazir seçkidən kənarlaşdı: imza toplaya bilmədi

Sabiq nazir seçkidən kənarlaşdı: imza toplaya bilmədi

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov seçki marafonundan uzaqlaşıb.

AzerTimes xəbər verir ki, bu barədə F.Yusifov özü Globalinfo.az-a açıqlamasında deyib.

O bildirib ki, namizədliyinin təsdiqlənməsində heç bir problem olmayıb və 27 dekabrda imza vərəqələri götürüblər:

“Lakin təəssüf ki, lazım olan sayda imza toplaya bilmədik. Bu səbəbdən imzatoplama müddətinin başa çatdığı vaxtda imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edə bilmədik”.

Xatırladaq ki, namizədliyin qeydə alınması üçün imza vərəqələri də daxil olmaqla, sənədlərin MSK-ya təqdim edilməsi tarixi bu gün saat 18:00-da başa çatıb.

Teqlər: