Sabiq Maldiv prezidenti partlayış nəticəsində yaralanıb

Maldivlər Respublikasının keçmiş prezidenti, hazırda Xalq Məclisinin sədri Məhəmməd Naşid bu gün Maledə baş verən partlayış nəticəsində yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Maldiv polisi “Twitter” səhifəsində xəbər verib.

Xəbərdə deyilir: “Maleda baş verən partlayışdan sonra Xalq Məclisinin sədri Məhəmməd Naşid yaralanıb, hazırda xəstəxanada müalicə alır”.


Polis vətəndaşları partlayışın baş verdiyi ərazidən çəkinməyə çağırıb.

Partlayışın eks-prezidentin evinin yaxınlığında baş verdiyi bildirilir.

Teqlər: