Xəbər - Samir Əli – Trend:
Şəki Apellyasiya Məhkəməsində Yevlax rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
AzerTimes-ın məlumatına görə, prosesdə şikayət araşdırılıb, Sabiq icra başçısının səhhəti nəzərə alınaraq onun cəzası 6 ilə endirilib.
Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Səmədov 7 il 3 ay azadlıqdan məhrum edilib.
Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.