Yaponiyada güclü qara görə 100-dən çox aviareys təxirə salınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Yaponiyanın şimal bölgələrində güclü qar yağması ilə əlaqədar 124 daxili aviareys təxirə salınıb.

Trend-in məlumatına görə, bölgədə həmçinin 427 qatar reysi təxirə salınıb.

Hazırda elektrik xətlərinin qırılması ilə əlaqədar Hokkaydo prefekturasında 1 300-dən çox ev işıqsız qalıb.


Son sutka ərzində Yaponiyanın şimalında 70 santimetr qar yağıb, küləyin sürəti saniyədə 40 metrə çatıb.

Kəskin hava şəraitinin yanvarın 14-dək davam edəcəyi proqnozlaşdırılır.