Sabiq baş nazir güllələndi: ağır yaralandı – Foto

Sabiq baş nazir güllələndi: ağır yaralandı – Foto

Yaponiyanın Nara şəhərində ölkənin sabiq baş naziri Şinzo Abeyə çıxışı zamanı naməlum şəxs tərəfindən hücum edilib.

AzerTimes xəbər verir ki, bu barədə NHK agentliyi məlumat yayıb.

Bildirilib ki, Şinzo Abe xəsarət alıb.

Məlumata görə, hadisə yerində azı iki atəş səsi eşidilib.

Vurğulanıb ki, S.Abe huşsuz vəziyyətdə xəstəxanaya qaldırılıb.

Xəbərə görə, 68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb.

Qeyd edək ki, Sindzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə baş nazir vəzifəsində çalışıb. O, ölkə tarixinin ən uzunmüddətli baş naziri olub.

Teqlər: