Sabahdan bu rayonların qaz təchizatında fasilə yaranacaq

Aprelin 26-29-da dörd gün müddətində Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı-Quba-Rusiya
Federasiyası ilə Dövlət sərhədi yeni avtomobil yolunda “Qaz İxrac”
İdarəsinə məxsus “Mozdok-Qazıməmməd” magistral qaz kəmərində
tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və yenidən qurulan
boru kəməri hissəsinin mövcud magistral qaz kəmərinə
birləşdirilməsi məqsədilə qazın nəqli dayandırılacaq.

Bu barədə AzerTimes-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat
verilib.

Təmir işləri aparılan müddətdə Quba rayonunun tam olaraq, Xaçmaz
rayonu üzrə Xaçmaz şəhəri daxil olmaqla, 65 kəndin qaz təchizatında
müvəqqəti fasilə yaranacaq. İşin gedişatından asılı olaraq,
həmçinin aprelin 29-da Qusar rayonunun tam olaraq, Xaçmaz rayonu
üzrə isə qalan 2 qəsəbə və 45 kəndin qaz təchizatının
məhdudlaşdırılması ehtimalı mövcuddur.

“Azəriqaz” müvəqqəti narahatlığa görə üzr istəyir.

Teqlər: