Sabahdan 76 nömrəli marşrut xətti (“Neftçilər” m/s – “Bakıxanov” dəmiryolu stansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Sabunçu rayonu, Nizami rayonu və Suraxanı rayonları ərazisində aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.