Ağcabədidə əməliyyat keçirilib, heroin və silah götürülüb (FOTO)

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılarkən onun avtomovilindən silah da aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hacıyev idarə etdiyi avtomobillə birgə şəhər ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. Avtomobilə baxış keçirilən zaman 2 ədəd polietilen torbada təmiz çəkisi 100 qram olan heroin və 1 ədəd “Makarov” tipli tapança aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Teqlər: