Sabahdan Bakıda bu marşrut xəttinin fəaliyyəti bərpa edilir

Xəbər - Samir Əli – Trend:

Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar 10.09.2021-ci il tarixindən sərnişinlərin xidmətində olacaq. Marşrut xətti üzrə gediş haqqı 0.30 azn olacaq. Gediş haqqının ödənişi nağdsız formada “BakıKart” vasitəsilə olacaq.

Sərnişinlərin “BakıKartın” balansını asanlıqla artıra bilməsi üçün Əli İsazadə küçəsində OBA marketlər şəbəkəsinə məxsus 11 mağazada, post-terminallar qoyulub. Bundan əlavə Binə südçülük sovxozu, mehriban qonçular küçəsi adlanan ərazidəki OBA marketlərdə də post-terminallar sərnişinlərin xidmətində olacaq.


Teqlər: