Sabaha olan hava proqnozu açıqlanıb

Aprelin 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz
olunacaq.

Millİ Hidrometeorologiya Xİdmətindən Trend-ə verilən xəbərə görə, havanın
temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti, Bakıda gecə 9-11°
isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə
sütunundan 748 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 %
olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz hava
olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək
çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dolu düşəcəyi,
dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi
yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə
5-10° isti, gündüz 12-17° isti olacaq.

Teqlər: