Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata
əsasən, mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi, lakin səhər bəzi yerlərdə duman olacağı, qısamüddətli
yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi axşam mülayim
şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 19-22° isti olacaq.
Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq. Atmosfer
təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi
rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir
yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı,
dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman
olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°
isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12°
isti olacaq.