İnvestorlara təqdim etmək üçün KOB subyektlərindən investisiya layihələri qəbul olunur

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli
layihələrə investisiyaların cəlb olunması məqsədilə KOB
subyektlərindən layihələr qəbul edir.

İnvestisiya layihələri ixracyönümlü və idxalı əvəz edən, yüksək
keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalını nəzərdə
tutmaqla, qeyri-neft sektorunun prioritet istiqamətlərini əhatə
etməli, yeni müəssisələrin yaradılmasını və ya innovativ alətlərin
tətbiqi ilə mövcud müəssisələrin və bizneslərin yenidən qurulmasını
təmin etməlidir.

KOB subyektlərindən daxil olan layihələr ekspertlər tərəfindən
qiymətləndiriləcək, prioritet istiqamətlərə uyğun olan layihələrin
maliyyə göstəriciləri qısa və uzunmüddətli dövrlər üçün təhlil
edilərək həmin layihələr üzrə maliyyə modelləri qurulmaqla yeni
formada işlənib hazırlanacaqdır.

Yekun investisiya layihələri KOBİA tərəfindən maraqlı
investorlara təqdim ediləcəkdir.

Müraciət etmək istəyən KOB subyektlərindən müraciət formasını
(https://bit.ly/3kFMdhL)
doldurmaqla 3 iyun 2022-ci il tarixinədək göndərmələri (e-mail:
[email protected])
xahiş olunur.

KOB subyektinin əlavə sualı yaranarsa: (012) 511 05 11, Heydər
Abışov.

Teqlər: