Sabah toyu olacaq xanım qəzaya düşdü

Sabah toyu olacaq xanım qəzaya düşdü

Mingəçevirdə iki avtomobil toqquşdu, maşınlardan biri lil axını kanalına düşdü.

AzerTimes-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, hadisə az öncə Günəşli yaşayış massivi birinci paralel küçəsində baş verib.

“Kia” markalı avtomobillə toqquşan “Mersedes” markalı taksi xidməti göstərən maşın toqquşmanın təsirindən idarəetməni itirərək lil axını kanalına düşüb.

İlkin məlumata görə, yaralı taksi sürücüsü xəstəxanaya aparılıb. Taksi kimi fəaliyyət göstərən şəxsin maşınında sərnişin xanım da olub.

Məlumata görə, xanımın sabah toyu olacaqdı.

Faktla bağlı araşdırma başlanıb.

Teqlər: