“Sabah” “Şamaxı” ilə bacarmadı

“Sabah” “Şamaxı” ilə bacarmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI turun daha bir oyunu keçirilib.

AzerTimes xəbər verir ki, günün ikinci matçında “Sabah” komandası “Şamaxı” ilə qarşılaşıb.

Matçda hesabı paytaxt komandası açıb. Görüşün ikinci dəqiqəsində Kristian Sebalyos meydan sahiblərini hesabda önə çıxarıb. Lakin bu futbolçu 24-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qarşılaşmanın 75-ci dəqiqəsində isə “Şamaxı” komandasının futbolçusu Elçin Mustafayev qırmızı vərəqə ilə cəzalandırılıb. 88-ci dəqiqədə “Şamaxı”nın heyətində Fuad Bayramov bərabərlik qolunu vurub. Beləliklə, oyun 1:1 hesabı ilə heç-heçə yekunlaşıb.

Bu nəticə ilə “Sabah” xallarının sayını 39-a çatdırıb. “Şamaxı” isə 12 xalla yeddinci pillədədir.

Tura dekabrın 4-də “Kəpəz” – “Sumqayıt” və “Zirə” – “Turan Tovuz” matçları ilə yekun vurulacaq.

Teqlər: