Tiflisdə Saakaşvilinin tərəfdarları küçələrə axışdı – Foto

Tiflisdə Saakaşvilinin tərəfdarları küçələrə axışdı – Foto

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi tələbi ilə “Gürcü arzusu”nun ofisi qarşısında etiraz aksiyası başlayıb.

AzerTimes xəbər verir ki, aksiyada Vahid Milli Hərakat Partiyasının üzvləri, tərəftarları, liderləri və digər müxalifət üzvləri də iştirak edirlər.

Partiyanın liderlərindən olan Levan Xabeişvilinin sözlərinə görə, onların tələbi eks-prezident Mixail Saakaşvilinin həyat və sağlamlığının qorunmasıdır.

“Milli Hərəkat” liderlərinin dediyinə görə, Mixail Saakaşvilinin səhhəti çox ağırdır və bu, təcili addımlar atmağı tələb edir. Aksiya iştirakçıları həmçinin qeyd ediblər ki, bugünkü aksiyanın siyasi tələbi yoxdur və onların məqsədi yalnız eks-prezident Mixail Saakaşvilinin həyatını xilas etməkdir.

Qeyd edək ki, hadisə yerinə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub.

Teqlər: