“Sabah” növbəti mərhələyə vəsiqə qazandı

“Sabah” növbəti mərhələyə vəsiqə qazandı

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunda müntəzəm çempionata vəsiqə qazanıb.

AzerTimes-ın məlumatına görə, Azərbaycan təmsilçisi buna təsnifat mərhələsinin son oyununda Rumıniya klubu “Rapid”ə qalib gəlməklə nail olub – 90:71

“Sabah” qrup lideri kimi növbəti raunda yüksəlib.

Qeyd edək ki, Azərbaycan çempionu A qrupunun əvvəlki görüşlərində Niderland təmsilçisi “Donar”ı 75:72, Şimali Makedoniya klubu “Rabotniçki”ni isə 83:81 hesabı ilə məğlub edib.

Teqlər: