“Sabah” klubuna isti suya görə xəbərdarlıq edilib

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bəzi
qərarlar qəbul edilib.

Trend xəbər
verir ki, bununla bağlı AFFA məlumat yayıb.

Məlumata görə:

– Premyer Liqanın XXVII turunun “Şamaxı” – “Qəbələ” oyununda
“Qəbələ” klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı
üçün klub 800 manat cərimə olunur (maddə 39);

– XXVII turun “Sabah” – “Sumqayıt” oyununda “Sabah” klubunun
futbolçusu Amin Seydiyev rəqibi aşkar qol imkanından məhrum
etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı
üçün bir oyun cəzalanır, klub 200 manat cərimə olunur;

– “Sabah” klubunun beş futbolçusu sarı vərəqə ilə
cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur;

– “Sabah” – “Sumqayıt” oyununda hakimlər otağı isti suyu olan
duş ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq
edilir;

– “Sumqayıt” klubunun yeddi futbolçusu sarı vərəqə ilə
cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Teqlər: