Sabah II Bütöv Azərbaycan Forumu keçiriləcək

Sabah II Bütöv Azərbaycan Forumu keçiriləcək

Dekabrın 17-də Bakıda II Bütöv Azərbaycan Forumu keçiriləcək.

AzerTimes xəbər verir ki, Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır. Bu birlik bizim mədəni-siyasi birliyimiz olmaqla böyük bir gücə çevriləcəkdir. Millətimizin problemlərinin həlli də bu gücdən asılıdır.

Forum Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə baş tutacaq.

Forumda Azərbaycanın cənubunu təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak edəcəklər.

Teqlər: