Sabah hava yağışsız keçəcək

Oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında havanın temperaturu gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Oktyabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və səhər Lənkəran-Astara zonasında çiskinli olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Teqlər: