Sabah hava yağışlı, küləkli olacaq

Azərbaycanda sabah gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış
yağacağı gözlənilir. Cənub küləyi axşam arabir güclənən şimal-qərb
küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-19° isti, Bakıda
gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 763
mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir
yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı,
dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda
gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Teqlər: