“Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik
“Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 5-ci
km-dən ayrılan “Novxanı qolu” yüksək təzyiqli magistral qaz
kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması
məqsədilə, 12.05.2022-ci il tarixdə saat 09:00-dan işlər başa
çatanadək qaz təchizatı dayandırılacaq.
Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat
verilib.
Təmir aparılan müddətdə Abşeron rayonu üzrə Novxanı kəndinin,
Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin
və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.
Təmir işlərinin günün 1-ci yarısında yekunlaşdırılaraq qaz
təchizatının bərpası planlaşdırılır.