Prezidentin Şuşa səfəri, dövlət başçısının çıxışının əsas istiqamətləri – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

“Bu gün Qarabağ dirçəlir. Bütün bölgələrdə quruculuq-bərpa
işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı
abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər,
kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və
kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi
dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi
şəhəri bərbad hala qoymuşdur. Biz – bu torpaqların sahibləri artıq
qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün
inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş
qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa
edirik”.

AzerTimes-ın məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Prezidentin Şuşa səfəri, Fuzili və
Şuşada bərpa işləri, dövlət başçısının çıxışının əsas
istiqamətləri” mövzusunda aparılan müzakirələr zamanı bu barədə
ətraflı danışılıb. Verilişin qonaqları – siyasi şərhçi Xəyal
Bəşirov, Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavid Osmanov
və Rüfət Quliyev mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: