Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı
xəbərdarlıq edib.
Xidmətdən Trend-ə verilən məlumata görə, fevralın 14-də gecə və
səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax,
Quba-Xaçmaz, Qusar-Xudat, Quba-Qusar, Masallı-Yardımlı,
Lənkəran-Lerik, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu,
Ucar-Zərdab-Ağcabədi, Göyçay-Ucar, Gəncə-Daşkəsən,
Hacıqabul-Şirvan, Salyan-Neftçala, Bərdə-İstisu,
Ağsu-Kürdəmir-Bəhramtəpə, Xankəndi-Xocavənd, Həkəri-Zəngilan,
Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli,
Xaldan-Mingəçevir, Naxçıvan-Sədərək magistral avtomobil yollarının
bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi
300-800 m-dək məhdudlaşacaq.
Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlayacağı
ehtimalı var.