İranda daha 148 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 25 812 nəfər koronavirusa (COVID-19)
yoluxub, 148 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 133 718 nəfərə,
yoluxanların sayı isə 6 806 265 nəfərə çatıb. Virus
daşıyıcılarından 3 374 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 6 298 727 nəfər koronavirusdan sağalıb, 46
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 138 milyon vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 61,5 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 54,8 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 21,2 milyon təşkil
edir.