Sabah Bakıda güclü külək, rayonlarda leysan, dolu gözlənilir

Mayın 7-də ölkə ərazisində gözlənilən hava şəraiti
açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı
gözlənilir.

Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 11-14° isti, gündüz 15-17° isti,

Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarına bəzi yerlərdə şimşək çaxacağı, arabir
yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli
intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar
yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb
küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu
gecə 9-14° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti,
gündüz 5-9° isti olacaq.

Teqlər: