Sabah Bakıda 26 dərəcə isti olacaq

Aprelin 28-də ölkə ərazisində gözlənilən hava şəraiti
açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən
yağmursuz keçəcək. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-26° isti olacaq.
Bakıda gecə 14-16° isti, gündüz 24-26° isti olacaq. Atmosfer
təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 %
olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və
səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 26-31° isti, dağlarda
gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Teqlər: