Sabah Bakıda 20 dərəcə isti olacaq

Aprelin 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 9-12° isti,
gündüz 16-20° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti
olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil
edəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz
bəzi dağlıq ərazilərdə az yağış yağacağı ehtimalı var.

Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda
gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.

Teqlər: