Sabah 29 dərəcə isti olacaq

Mayın 28-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda və Abşeron
yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi
əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti olacaq.
Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacaq. Atmosfer
təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi
rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz
bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı
var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi
əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda
gecə 3-8° isti, gündüz 9-14° isti olacaq.

Teqlər: