Sabah 17 dərəcəyədək isti olacaq

Xəbər - Humay Ağacanova – Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, mülayim
şimal-qərb küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz
olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti
olacaq.

Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacaq. Atmosfer
təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 %
olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin
gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və
səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə
arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz
12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, yüksək dağlıq
ərazilərdə 8°-dək şaxta, gündüz 5-10° isti olacaq.

Teqlər: