Saatlıda qanunsuz balıq ovçuları saxlanılıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
brakonyerliyə qarşı nəzarət-profilaktiki tədbirlər davam
etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, balıq və
digər su bioresurslarının qanunsuz ovlanması hallarının qarşısının
alınması istiqamətində şöbə əməkdaşları tərəfindən keçirilən
tədbirlər gecə saatlarında baş tutub.

Əsasən su kanallarının keçdiyi kəndlərdə aparılan
nəzarət-profilaktiki tədbirlər zamanı su hövzələrində sintetik
torların qurulub-qurulmaması yoxlanılıb. Tədbirlər zamanı qeyd
olunan qayda pozuntusu halları aşkarlanmayıb.

Lakin şöbə əməkdaşları tərəfindən rayonun Hacıqasımlı kəndi
ərazisində aparılan nəzarət tədbirləri zamanı iki nəfər rayon
sakininin kustar üsulla hazırlanmış elektrikli qurğudan istifadə
etməklə qanunsuz balıq ovu ilə məşğul olduğu müəyyən edilib.
Qaydaları pozaraq ekologiyaya ciddi ziyan vuran həmin şəxslər
polislər tərəfindən saxlanılıb, onlardan istifadə etdikləri
qanunsuz qurğular və ovlanmış balıqlar maddi sübut kimi
götürülüb.

Hər iki şəxs barəsində Saatlı RPŞ-də araşdırmalar aparılır.

Qeyd etmək istəyirik ki, bu cür üsullarla balıq ovlanması
qadağandır. Belə hallarla qarşılaşdıqda vətəndaşlardan mütləq
qaydada Su Nəqliyyatında Polis İdarəsinin yerli məntəqələrinə və ya
ərazi üzrə polis şöbəsinə məlumat vermələri xahiş olunur.

Teqlər: