Saatlıda narkotik becərən şəxs yaxalandı (FOTO)

Xəbər - Samir Əli – Trend:

Saatlı rayonunda həyətində narkotik becərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Mustafabəyli kənd sakini Fariz Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Teqlər: