Saatlıda narkotacir həbs olunub

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik
vasitələrin satışında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum
olunmuş İsməli Fərəcov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan AzerTimes-a verilən məlumata görə, onun üzərinə keçirilən
baxış zamanı narkotik vasitələrin satışından əldə etdiyi pullar,
eləcə də idarə etdiyi nəqliyyat vasitəsindən narkotik maddə olan
heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs
barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: