Saatlıda mağaza yanıb

Saatlı rayonunda mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Gomuşçu kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli mağazanın lambirindən ibarət tavanı 75 m² sahədə və içərisindəki təsərrüfat malları qismən yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: