Xəbər - Samir Əli – Trend:
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, çayxananın icarədarı və müştəriləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.