Azərbaycanda peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb

Xəbər - Samir Əli – Trend:

Azərbaycanda ümumtəhsil müəssisələrində 50 yaşdan yuxarı təhsil heyətindən 56 min 439 müəllim ən azı birinci doza vaksinasiyadan keçib.

AzerTimes-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.


Onun sözlərinə görə, bu da o yaş üzrə 65 faiz təşkil edir: “Təxminən hər üç müəllimdən ikisi vaksinasiya olunub. Daha sonra 40 yaşda olan 28 min 500 heyət vaksinasiyadan keçib, bu isə 57 faiz deməkdir. Aprelin əvvəlindən bütün yaş qrupunda olan təhsil işçisi vaksinasiya olunur. Hazırda 117356 nəfər, 53 faiz işçi vaksinasiyadan keçib. Peşə və ali təhsil müəssisələrinin bir neçə min müəllimi də vaksinasiya olunub”.

Teqlər: