Saatlı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi
istiqamətində əməliyyat tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, tədbirlər nəticəsində rayonun Qaralar kənd sakini
K.Səfərovdan və Məmmədabad kənd sakini İ.Bayramovdan müvafiq
sənədləri olmayan ov tüfəngləri götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılmasından ötrü
rayon məhkəməsinə göndərilib.

Teqlər: