Saakaşviliyə görə mənə təzyiq edirlər – Prezident

Saakaşviliyə görə mənə təzyiq edirlər – Prezident

Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, ona Avropa Parlamentindən təzyiqlər edilir, sabiq prezident Mixail Saakaşvilinin əfv olunmasını istəyirlər.

AzerTimes xəbər verir ki, bu barədə Zurabişvili gürcü və xarici KİV nümayəndələrinə müsahibəsində danışıb.

“Avropa Parlamentindən və müxtəlif yerlərdən təkliflər və təzyiqlər var. Onlara dedim ki, heç bir təzyiq altında qərar verməyəcəm. Mən həm daxildən, həm də kənardan təzyiqləri nəzərdə tuturam”, – o vurğulayıb.

Qeyd edək ki, Avropa Parlamenti dəfələrlə Zurabişvilini Saakaşvilini əfv etməyə çağıran qətnamələr qəbul edib.

Teqlər: