Bu ölkədə 100-dən çox qadın qaçırıldı

Bu ölkədə 100-dən çox qadın qaçırıldı

Nigeriyanın şimal-şərqində Boko Haram silahlıları tərəfindən 100-dən çox qadın qaçırılıb.

AzerTimes xəbər verir ki, bu barədə BBC yerli sakin Qambora Nqalaya istinadla məlumat yayıb.

Məlumata görə, terrorçular 117 qadını əsir götürüblər.

Qeyd edilib ki, köçkün düşərgəsindən olan bir qrup qadın Kamerun sərhədi yaxınlığında odun yığarkən silahlı şəxslərin hücumuna məruz qalıb. Bəziləri qaça bilsə də, digərləri silahlılar tərəfindən əsir götürülərək naməlum istiqamətə aparılıb.

Hazırda oğurlanmış şəxslərin axtarışı davam etdirilir.

Teqlər: