Saakaşvilinin vəkili naziri məhkəməyə verdi

Saakaşvilinin vəkili naziri məhkəməyə verdi

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze ölkənin ədliyyə naziri Rati Breqadzeni, penitensiar xidmətin rəhbəri və xüsusi istintaq xidmətində penitensiar xidmətin tibb şöbəsinin əməkdaşını məhkəməyə verib.

AzerTimes xəbər verir ki, hüquq müdafiəçisi hər üçünün səlahiyyətlərinin dayandırılmasını tələb edib.

Şalva Xaçapuridze 4 tələb əsasında məhkməyə müraciət etdiyini deyib. O, tələblər arasında Saakaşvilinin zəhərlənmə faktı və onun razılığı olmadan şəxsi həyatını əks etdirən kadırların yayımlanması məsələsinin olduğunu bildirib.

Teqlər: