Saakaşvilinin son durumu: Dəyişiklik yoxdur

Saakaşvilinin son durumu: Dəyişiklik yoxdur

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin hərarəti var və onun səhhətində hələ də ciddi dəyişiklik yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Valeri Gelbaxiani məlumat verib.

O, sabiq prezidenti “Vivamed” klinikasında ziyarət etdikdən sonra bildirib ki, Samxarauli eksperti Saakaşvilinin müalicəsi ilə bağlı bütün sənədləri xəstəxanadan tələb edib, bu isə o deməkdir ki, məhkəmə-tibbi ekspertiza təyin oluna bilər.

Vəkil həmçinin bildirib ki, amerikalı mütəxəssislərin diaqnozu “Vivamed” xəstəxanasında qoyulan diaqnozla üst-üstə düşmür.

Teqlər: