Saakaşvilini öldürmək, daha sonra isə… – Xaçapuridze

Saakaşvilini öldürmək, daha sonra isə… – Xaçapuridze

Hazırda eks-prezident Mixail Saakaşvilini öldürmək, daha sonra isə izləri gizlətməyə cəhd olunur.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidentinin vəkili Şalva Xaçapuridze məhkəmə iclasının təxirə salınmasına münasibət bildirərkən deyib.

O bildirib ki, bu gün baş verənlərdən sonra ədliyyə naziri istefa verməlidir:

“Bu gün baş verənlər Ədliyyə Nazirliyinə çox böyük ayıbdır. Mən ədliyyə nazirinin yerində olsaydım, istefa verib, taksi sürücüsü işləməyə davam edərdim. Məlum olur ki, onlar məhbusu iki kilometr uzaqdan məhkəmə iclasına qoşa bilmirlər. İndi gedib telefonu açacağam və onu qoşacağam. Buna nə şərh vermək lazımdır? Onlarda qorxu və anlaşılmaz bir şey var. İndi onlar öz izlərini gizlətməyə və Saakaşvilini öldürməyə çalışırlar, buna başqa bir ad vermək olmaz”.

Qeyd edək ki, Mixail Saakaşviliyə bugünkü məhkəmə prosesində nə fiziki, nə də onlayn iştirak etmək imkanı verilməyib. Penitensiar xidmət onu onlayn prosesə cəlb etməkdən, “Vivamed” klinikası isə fiziki iştirakdan imtina edib.

Sağlamlıq vəziyyəti ilə əlaqədar Mixail Saakaşvilinin cəzasının ləğvi ilə bağlı məhkəmə prosesi dekabrın 22-dək təxirə salınıb.

Teqlər: